Reklam verin!

V fəsil

 

 

V fəsil.

ŞİFAHİ ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ (VI-VIII əsrlər)

 

Bütöv cümlə. Dastanlarda bütöv cümlələr əksərən yeni sintaktik bütövə, yeni hadisəyə keçilərkən, müxtəlif əşya və hadisələr haqqında ilk dəfə mə’lumat verilərkən işlənmişdir. Məs.: Köpək Qazanın atının ayağına çap-çap düşər, sin-sin sinlər. Qazan bir tumar ilə köpəgi urdı. Köpək çəkildi, gəldügi yola getdi və s.(45)
Dədə Qorqudun dilindən söylənilən atalar sözləri, məsəllər də əksəriyyət e’tibarilə cüttərkibli bütöv cümlə şəklindədir. Allah-allah deməyincə işlər onməz. Qadir tənri verməyincə ər bayımaz. Əcəl və’də irməyincə kimsə ölməz və s.
Bütöv cümlələr cüttərkibli və təktərkibli, müxtəsər və geniş olmaqla, müasir dil strukturuna tam uyğun şəkildədir: Dədə qapuyı açdı. Dəli Qarcar çıqdı.(57) Yüzi-gözi bəlürməz. (57) Dözən oğlı Alp Rüstəm mana deərlər.(121) - cümlələrindən əvvəlki üçü cüttərkibli, sonuncusu təktərkiblidir. Aradakı cümlələr müxtəsər, əvvəldə və sonda olanlar geniş bütöv cümlələrdir.

V fəsil

V fəsil.

ŞİFAHİ ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ (VI-VIII əsrlər)

 

Adlıq cümlə. Çox maraqlıdır ki, dastanların dilində, az da olsa, normal adlıq cümlə nümunələrinə rast gəlirik. Bu cümlələrdə də əşyanın, hadisənin adı çəkilir və onun mövcudluğuna işarə edilərək daha başqa mə’lumat verilmir. Məs.: Qanturalı baqdı gördi bu qonduğı yerdə tuğı quşları, turnalar, turaclar, kəkliklər uçarlar. Souq-souq sular, çayırlar-çəmənlər...(90)
Hər bir boyun sonunda təkrar olunan «Gəlimli-gedimli dünya, Son ucı ölümlü dünya!» misraları da adlıq cümlə şəklindədir. Bunlar göstərir ki, adlıq cümlələrin formalaşma tarixi dastanların yarandığı dövrdən daha əvvəllərə aiddir və bu dil hər cür poetik fikri ifadə etmə imkanlarına malik olan, quruluş və ifadə tərzinə görə zəngin bir dil kimi təşəkkül tapmışdır.

 

V fəsil

 

 

V fəsil.

ŞİFAHİ ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ (VI-VIII əsrlər)

 

Ümumi şəxsli cümlə. Baq, baq, mərə dəli qavat. Mənim birligim bilməz...(79) - cümləsində ədatlaşmağa doğru gedən ‘Baq, baq’ sözləri etimoloji cəhətdən cüttərkibli cümlənin subyektinin ümumiləşməsi yolu ilə yaranan ümumi şəxsli cümlədir. Aydır: «Bəli, canım baba, eylə istərəm! Pəs varasan, bir cici-bici türkman qızını alasan, nagahandan tayanım, üzərinə düşəm, qarnı yırtıla?» (85) Necə səxt olmıyam? Hər il altun-aqça gəlürdi, yigidə-bəgə verirdin, xatirləri xoş olurdı (104) - cümlələrində xəbəri xəbər və arzu şəkillərinin II şəxs təki ilə ifadə olunmuş ‘Pəs varasan, bir cici-bici türkman qızını alasan’, ‘yigidə-bəgə verirdin’ cümlələri ümumi şəxslidir. Hazırda ümumi şəxsli cümlələrin bu modeli daha fəaldır.


« Əvvəlki səhifə   Yazılar cəmi: 1069    Sonrakı səhifə »

 
My BlogCatalog BlogRank Powered by  MyPagerank.Net TopLinkBox (.*)