«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan prinsipial məsələləri razılaşdırmaq hələ də mümkün olmayıb»
«Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan prinsipial məsələləri razılaşdırmaq hələ də mümkün olmayıb». Bu barədə «Trend» agentliyinə prezidentin icra aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.
«Dağlıq Qarabağın və Laçın dəhlizinin statusu, sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi prinsipial məsələlərlə bağlı razılaşma əldə olunmayıb. Bunun üçün Ermənistan rəhbərliyi düzgün mövqe tutmalıdır»,-deyə N.Məmmədov qeyd edib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi münaqişə yarandığı gündən indiyə qədər itirdikləri barədə fikirləşməlidir: «Əgər münaqişə olmasaydı, Ermənistan digər iki region ölkəsi ilə birlikdə inkişaf və qarşısına qoyduğu vəzifələri birlikdə həll etsəydi, ermənilər indikindən 10-15 dəfə yaxşı yaşayardılar. Dağlıq Qarabağ münaqişəsini yaratmaqda onlar həddindən artıq uduzublar və bütün hadisələr bunu sübüt edir».
Siyasət | Şərhlər(0)
Baxış sayı: 33
Açar sözlər: siyasət




