Reklam verin!

Uinston Çörçill

Ser Uinston Leonard Spenser Çörçill (ing. Sir Winston Leonard Spencer-Churchill) 30 Noyabr 1874 - 24 Yanvar 1965 - ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən şəxslərdən biri.


Həyatı:

1874-cü ildə Blenheym şəhərində qadınların soyunma otağında dünyaya göz açmışdır. O, ata tərəfdən hersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı.

Çörçill 1895-ci ildə orduya daxil olmuş, Hindistan və Sudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899-1902-ci illərdə İngilis-Bur müharibəsi zamanı "Morninq Post" qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Uinston siyasi fəaliyyətə başlayır. Mühafizəkarlar partiyasından parlamentə seçilir, lakin 1904-cü ilin aprelində Çemberlenə etiraz olaraq liberalların tərəfinə keçmir. 1905-1911-ci illər ərzində o, Koloniyalar naziri, Ticarət naziri, Daxili İşlər naziri vəzifəsində çalışmışdır. 1911-1915-ci illərdə isə Hərbi Dəniz naziri vəzifəsində olarkən Britaniya donanmasını Almaniya ilə gələcək müharibəyə hazırlayır. 1915-ci ilin fevralında Çörçillin əmri ilə keçirilən Gelibolu və Dardanelə hücum əməliyyatı iflasa uğrayır. 1915-ci ilin ortalarında Çörçill admirallıqdan istefa verdiyini bildirir.

1917-ci ildə Lloyd Corcun köməyilə koalisiya hökumətinin tərkibinə gətirilir. Hərbi nazir vəzifəsinə təyin edilən Çörçill geniş sayda tank istehsalına başlayır və buna görə "tankların atası" ləqəbini qazanır. 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planını hazırlayır.

1918-1922-ci illərdə Hərbi nazir və Aviasiya naziri olan Çörçill 1924-1929-cu illərdə Stenli Bolduin hökumətində Maliyyə naziri vəzifəsində çalışır.

 

Ramiz Həsənoğlu

Mirzəyev Ramiz Həsənağa oğlu (Ramiz Həsənoğlu) - əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru - Evləri köndələn yar, Ac həriflər, Yaşıl eynəkli adam kimi milyonlarla Azərbaycan tamaşaçısının rəğbətini qazanmış televiziya tamaşalarının quruluşçu rejissorudur.

Həyatı:

Ramiz Həsənoğlu - 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası milli teatr sənətimizdə bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R.Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir.

Filmoqrafiya:

TELEVİZİYA TAMAŞALARI VƏ FİLMLƏR

  • 1. Onuncu Planet (1968);
  • 2. Gülər (1968);
  • 3. Firuzə (1969);
  • 4. Tanatos Mehmanxanası (1969);
  • 5. Bir Parça Həyat (1969);
  • 6. Günəşlə Görüşənlər (1973);
  • 7. Son Gecə (1974);
  • 8. Gecə Müsahibi (1975);
  • 9. Oğulla Görüş (1975);
  • 10.Günəşin Bacısı (1975);
  • 11.Dindirir Əsr Bizi (1976);
  • 12.Səməd Vurğun (1976) - (rejissor) 3 hissəli sənədli, bioqrafik film;
  • 13.Keçən İlin Son Gecəsi (1978);
  • 14.Müsabiqə (1978)
  • 15.Bir Payız Axşamı (1978)
  • 16.Üç Eskiz (1978) - (rejissor) (3 hissəli musiqili sənədli film);
  • 17.Yollar Görüşəndə... (1979) - (quruluşçu rejissor) Qısametrajlı Musiqili Televiziya Tamaşası;
  • 18.Sumqayıt (1979) - (rejissor) (3 hissəli sənədli film);
  • 19.Qatarda (1981) - (quruluşçu rejissor) Televiziya Tamaşası;
  • 20.Ömrün Yolları (1982) - (quruluşçu rejissor) Tammetrajlı Televiziya Tamaşası;
  • 21.Kökdən Düşmüş Piano (1982) - (bədii rəhbər) Tammetrajlı Televiziya Tamaşası;
  • 22.Evləri Köndələn Yar (1982) - (quruluşçu rejissor - Tariyel Vəliyev ilə birgə) Tammetrajlı Film-Tamaşa;
  • 23.Topal Teymur (1983);
  • 24.Günahsız Abdulla (1984) - (quruluşçu rejissor) Tammetrajlı Televiziya Tamaşası;
  • 25.Ordan-Burdan (1987);
  • 26.Yaşıl Eynəkli Adam (1987);
  • 27.Qonşu Qonşu Olsa... (1989) - (quruluşçu rejissor) Tammetrajlı Televiziya Film-Tamaşası;
  • 28.Kamança (1993);
  • 29.Ac Həriflər (1993) - (quruluşçu rejissor), (ssenari müəllifi - Şərif Qurbanəliyevlə birgə)Tammetrajlı Bədii Televiziya Filmi;
  • 30.Fatehlərin Divanı (1997) - (quruluşçu rejissor) (Çoxseriyalı Bədii Televiziya Filmi);
  • 31.Nigarançılıq (1998) - (quruluşçu rejissor) Tammetrajlı Televiziya Film-Tamaşası;
  • 32.Yaşıl Eynəkli Adam-2 (1999) - (quruluşçu rejissor) Tammetrajlı Bədii Televiziya Filmi;
  • 33.Yaşıl Eynəkli Adam-3 (2002) - (quruluşçu rejossor) Tammetrajlı Bədii Televiziya Filmi;
  • 34.Dirsə Xanın Oğlu Buğacın Boyu (2000) - (quruluşçu rejissor) Tammetrajlı Bədii Televiziya Filmi;
  • 35.Nekroloq (2001) - (quruluşçu rejissor) Tammetrajlı Bədii Televiziya Filmi;
  • 36.Salur Qazanın Evi Talandığı Boy (2001) - (quruluşçu rejissor) Tammetrajlı Bədii Televiziya Filmi;
  • 37.Dəvətnamə (2003) - (quruluşçu rejissor), (prodüser) - Tammetrajlı Bədii Televiziya Filmi;
  • 38.Yumurta (2003) - Tammetrajlı Televiziya Film-Tamaşası;
  • 39.Bəylik Dərsi (2007)

1975-1989-cu illər arasında "Azərbaycantelefilm" yaradıcılıq birliyində fasilələrlə aşağıdakı sənədli və musiqili filmlərin rejissoru olub:

  • 1. Bizim qadınlar (sənədli,2 hissə);
  • 2. Nurlu talelər (sənədli,2 hissə);
  • 3. Doğma yurdun təranələri (videofilm-konsert,50 dəqiqə);
  • 4. Səni tərənnüm edirəm, Azərbaycan (videofilm,30 dəqiqə);
  • 5. Üç çinar yarpağı (sənədli-bədii videofilm,30 dəqiqə);
  • 6. Anarla üz-üzə (sənədli,5 hissə);
  • 7. Xoşbəxt Adam (1998) sənədli film;
  • 8. Ömür Ağacı (2002) sənədli film;

BƏDİİ FİLMLƏR

  • 1. Ailə (1998) - (quruluşçu rejissor - Rüstəm İbrahimbəyovla birgə) Tammetrajlı Bədii Film;
  • 2. Cavid Ömrü (2007) - (quruluşçu rejissor) Tammetrajlı Bədii Film

Tibb Elmləri Akademiyasında akademik Zərifə Əliyevanın xatirəsi anıldı

Moskvada görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 85 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasim iştirakçılarına Zərifə xanımın elmi fəaliyyəti barədə geniş məlumat verilib. Seçenov Akademiyasının tələbələri isə oftalmoloq – alimə həsr etdikləri məruzələrlə çıxış ediblər.

 


  Yazılar cəmi: 16    Sonrakı səhifə »

 
My BlogCatalog BlogRank Powered by  MyPagerank.Net TopLinkBox (.*)