Bu sahədə fəaliyyət göstərən QHT və hüquq müdafiəçiləri öz proqram və təklifləri ilə oktyabrın 25-dək nazirliyin Seçki Komissiyasına müraciət edə bilər
Ədliyyə Nazirliyinin Kollegiyası İctimai Komitənin yeni tərkibinin formalaşdırılması üçün elan verib. Nazirlyin mətbuat xidmətidən verilən məlumata görə, İctimai Komitənin ikinci tərkibinin bir illik səlahiyyət müddətinin bu il oktyabrın 31-də başa çatması ilə əlaqədar dövlət, QHT nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan yeni tərkibin formalaşdırılması nəzərdə tutulub. Bunun üçün Seçki Komissiyası tərəfindən müvafiq qaydalara uyğun olaraq İctimai Komitə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi və təhlillərin aparılması həyata keçiriləcək. Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçiləri İctimai Komitənin fəaliyyətində iştirak etmək üçün öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinin Seçki Komissiyasına oktyabrın 25-nə kimi müraciət edə bilərlər. Müraciətə həmçinin namizədin ərizəsi, ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.
İç Xəbər |
Baxış sayı: 27
Açar sözlər: