Reklam verin!

TURK

MƏN TÜRKƏM

Sən bizi aldatdın illərdən bəri,
Mən çərxi-fələkdən dərs götürmüşəm.
Özgə anasından süd əmənləri,
Özgə qulluğunda duran görmüşəm.

Bəsdir dözdüyümüz ölümdən betər,
Köhnə bazardakı köhnə nırxa.
Milləti yüz yerə caladın, yetər,
Yüz arxın suyunu qatma bir arxa.

Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan Türk oğlu Türkəm!

Sübutdur, dəlildir, ağlın qibləsi,
Dəyişə bilərsən ağlımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
Türkəm”-gerçəyini pıçıldayacaq

                                              Bəxtiyar

 

əslikərəm şerinə bir haşiyə

əslikərəm şerinə bir haşiyə kərəm deyər mən bir səfil səyyadamHər marala tor ataram mar gəliYar bağının bülbülləri oxuyurBizim yurda seyrədə yox sar gəli Evdə bir il ah çəkərəm xəbər yoxEvdən çıxam mən oyana yar gəliTaytuşlarım çölə çıxa gün çıxarMən çıxanda yağış getsə qar gəliYazıx quzum aclığa döz darıxmaBugün sabah bahar gəli bar gəliBizə gələ gəlməyə bir kal iydəQonşumuza heyva gəli nar gəliXan evinə şir gələ quyrux bularBizim evə kor it gələ har gəliXalqa qonax gəli gözü sürməliBizim evdən kor getməmiş kar gəliBəxtimə arvat nə çıxa bilmirəmBəllidi ki sarsağa sovsar gəliBir (üç ətək) əndazadır əynimə(salisbury)gen gəlməsə dar gəliDovlətliyə yas gələdə oynayarBiz kasıba toy gələ axsar gəliQəm yükündən kədxudanın hissəsiXərdəl olu,bizimki xarvar gəliKətdə bizi döyəllə bir havar yoxBiz bir kəlmə hax danışsax car gəliDarqaşayidlar bizə sərkar şıxarDar dibindən qurtula sərdar gəliBundan belə özgə görəm özgədənMinnət çəkir qeyrətimə ar gəliIşçi toyux kəsənə mən baxanmamBilməm necə ürəyindənvar gəliQəmdən mənim bir eynək var gözümdənIşığ aydın gün gözümmə tar gəliEşqim düşüb yadıma gözlər daşarBaharda sel atlanı çaylar gəliÇox şairin təb,i donar buz kimiŞƏHRIYARın təb,idə qaynar gəli

Aman Ayrılıq

Aman Ayrılıq
Bu darıxdıran duman ayrılıq,
Başa sovrulan saman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.

Bir gözün açar, bir gözün yumar,
Arazı sərin gördükdə
umar,
Hezer'i dərin gördükdə
cumar,
Can də
ryasına cuman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.

Arazım vursun baş daşdan daşa,
Göz yaşı gərə
k başlardan aşa,
Necə
yad olsun qardaş qardaşa,
Nə din qanır, nə
iman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.

Göylərin günün, ayın gizlə
dir,
Ulduz axdırır, sayın gizlə
dir,
Oxunu atır, yayın gizlə
dir,
Qə
ddimi edip kâman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq.

Davamı...


  Yazılar cəmi: 10    Sonrakı səhifə »

 
My BlogCatalog BlogRank Powered by  MyPagerank.Net TopLinkBox (.*)