bu gun tarixdə Əhəmiyyətli hadisələr......
Doğumlar, Dünyada olan hadisələr | Şərhlər(0)
Baxış sayı: 28
Açar sözlər:
Doğumlar, Dünyada olan hadisələr | Şərhlər(0)
Baxış sayı: 28
Açar sözlər:
Lətif Səfərov:
Lətif Bəşir oğlu Səfərov (30 Sentyabr, 1920, Şuşa-9 Dekabr, 1963, Bakı). Aktyor.
Həyatı:
Güllə səsi qonşuları da oyatmışdı. Çoxları elə bilmişdi ki, nəsə partlayış olub. Lakin bir azdan hər şey aydın oldu. Kinorejissor Lətif Səfərov özünə qəsd etmişdi. 1963-cü il dekabrın 9-u idi. İliklərə işləyən soyuq adamlardakı həyəcana bir sərt ovqat da gətirmişdi. Onlar təəccüblə bir-birinə baxıb çiyinlərini çəkirdilər.
Lətif Səfərovun üzərində işlədiyi “Möcüzələr Adası” filminin redaktoru Nataliya Şneyer həmin günü belə xatırlayırdı: “Lətif qüvvəsindən, imkanından artıq yaşamağa və işləməyə can atırdı, əsəbləri tarıma çəkilmişdi... O xəstəydi (həqiqətən bir gün əvvəl titrətmə və qızdırması vardı), daxilən tənhaydı, didişmələrdən, yaradıcılıq uğursuzluqlarından yorulmuş, üzülmüşdü.Yenicə çəkməyə hazırlaşdığı ”Möcüzələr Adası" filminin redaktoru idim. Dekabrın 9-da səhər saat 10-da kinostudiyada görüşməliydik. Lakin adətinin xilafına olaraq gecikirdi. Sonra eşitdik ki, Lətif özünə qəsd edib". Dəhşətli hadisə idi. O vaxt ziyalı ictimaiyyətində anlaşılmazlıq yaranmışdı. Çoxları bu müəmmalı intiharın səbəbini öyrənmək üçün canfəşanlıq da edirdi. Əslən Şuşalı idi. Lətif Bəşir oğlu Səfərov 1920-ci il sentyabrın 30-da doğulub. 7 yaşında ikən rejissor Leo Murun “Gilan Qızı” (“Tunc ay”) filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif studiyada ştata da qəbul olunub. 1928—1931-ci illərdə “Sevil”, “Lətif”, “Şərqə Yol”, “Qızıl Kol” filmlərində uşaq rollarında oynayıb. Ancaq sonradan xəstələnən Ləiif Bərdəyə gəlib. Nəhayət, 1931-ci ildə Gəncə Pedaqoji texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.
Doğumlar | Şərhlər(0)
Baxış sayı: 27
Açar sözlər:
![]()
Enriko Fermi (29 sentyabr, 1901, Roma – 28 noyabr, 1954, Çikaqo) - müasir nəzəri və ekspremental fizikaya böyük töhvələr vermiş dahi italyan fiziki. Fermi 1938-ci ildə faşist İtalyasından emiqrasiya edərək ABŞ-a yollanmışdır. 1939-1945-ci illərdə Kolumbiya universitetinin professoru kimi çalışmış, ABŞ-in nüvə enerjisi sahəsində apardığı tədqiqatlara rəhbərlik etmişdir.
Fermi - kvant fizikasının banilərindən biridir. 1925-ci ildə Dirakla birgə Pauli prinsipinə tabe olan və sonralar fermion adlandırılacaq hissəciklərin statistikasını işləyib hazırlamışdır.
1933-cü ildən sonra Fermi özünü bütövlüklə kvant fizikası məsələlərinə həsr edir. 1934-cü ildə o beta-parçalanma nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, -parçalanma zamanı elektrondan savayı neytrinolar adlanan hissəciklər də ayrılır. Ferminin bu nəzəriyyəsi elementar hissəcikərin qarşılqlı təsirinin müasir nəzəriyyəsinin prototipi kimi göstərilir.
1934-cü ildə Enriko Fermi elementlərin neytronların təsirinə mərzu qoymaqla nüvə fizikası sahəsində ilk mühüm ekspremental tədqiqatı həyata keçirir. Jolio-Kürinin süni radiaktivlik hadisəsinin kəşfindən sonra Fermi neytronların yüksüz olmaqları və nüvənin təsirinə məruz qalmamaları səbəbindən radiaktov elementlərin alınmasında daha efefektiv vasitə – hissəcik olması qənaitinə gəlir. Bu elmi mülahizə sonralar özünü doğruldur və nəticədə 60-dan artıq yeni radioaktiv izotoplar alınır ve netronların ləngiməsi hadisəsi müəyyən olunur.
Ferminin rəhbərlik etdiyi tətqiqat qrupunun gördüyü işlər elm aləmində olduqca yüksək qiymətləndirlir və neytron fizikikası elminə giriş rolunu oynayır. Radiaktiv elementlərin neytron bombardmanı ilə alması və ləng neytronların təsiri altında nüvə reaksiyaların müəyyən etmısinə görə Fermi 1938-ci il fiziki üzrə Nobel mükafatına layiq görülür. Stokholma mükafatın təqdim olunamsı mərasiminə ailəsi ilə birgə qatılan Fermi vətəni İtalyaya baş çəkmir. Belə ki, o vaxtlar İtalya Mussolinin faşist diktaturası altında inildəyir və ölkədə faktiki olaraq elmi tətqiqatlar ləğv olunur. Fermi mükafatı aldıqdan sonra yenidən ABŞ-yollanır və burada ona bir neçə universitetdən professorluq təklif olunur. Fermi Nyu-Yorkdakı Kolumbiya universitetini seçir.
1939-cu ilin yanvar ayında Fermi uranın parçalanması zamanı sürətli neytonların ayrılması və ayrılan neytronların sayının udulmuş neytronların sayından çox olduğu halda zəncirvarı reaksiyaya gedən yolun açıq olmasının mümkünkünlüyü fikrni irəli sürür.
Aparılmış eksprementlər sürətli neytonların mövcüdluğunu təsdiq edir, lakin bir parçalanma hadisəsi çərçivəsində ayrılan neytronların sayını dəqiq təyin etmək mümkün olmur. Bu dövrdə Fermi uran-qrafit sistemində zıncirvarı rekasiyalar nəzəriyyəsi üzərindı çalışmalara başlayır. 1941-ci ilin yazında bu nəzəriyyə işlənilib hazırlanır və elə həmin ilin yayında eksprementlər seriyasına başlanılır. Bu tətqiqatlarda əsas məqsəd neytron axının hesablanaması olur. Otuza yaxın rəcrübə sınaqdan keçirilir və 1942-ci ilin iyun ayında neytronların artma əmsalınınn vahiddən böyük qiyməti əldə olunur. Bu təcrübənin praktiki əhəmiyyəti uran və qrafitdən daha böyük çərçıvədə zəncirvarı reakiyaların alınmasının mümkünlüyü və nüvə reaktorunun işlənilməsi demək idi.
Elmdə Fermi həmişəgənc və enerjili olaraq qalırdı. Əlli yaşına yaxın nüvə enerjisi sahəsində zəngin bilik və təcrübəsi və yeni tətqiatlar üçün gözəl imkanlarının olmasına baxmayaraq elmi fəaliyyətnin istiqamıtini dəyişir və yüksək enerjili hissəciklər və astrofizika sahələrində işləməyə başlayır. Bu sahələrdə də möhtəşəm elmi nailiyyətlər əldə edə bilir.
Enriko Fermi 28 noyabr 1954-cü ildə ömrünüün cəmi 53-cü ilində mədə xərçəngindən vəfat edir. Dahu alim daha 15-20 il yaşasaydı hansi nailiyyətlə çata bilmsini təsəvvür etmək olduqca çətindir. Amma nail olduğu elmi nailliyətlər belə Pontekorvonun dediyi kimi 6-8 Nobel mükafatına layiqdir. Bundan da vacibi Fermi dünya fizika tarixində müstəsnə istedadlı alim-fizik kimi yaşayır.
1956-cı ildə dahi alimin şərəfinə ABŞ-da enerji sahəsində tədqiqat, enerjidən istifadə və onun istehsalı üzrə istifadəyə dəyərli töhvələr vermiş alimlərə verilən Enriko Fermi mükafatı təsis olunur.
Doğumlar | Şərhlər(0)
Baxış sayı: 30
Açar sözlər: şəxsiyyətlər