Bayramlar ve Xüsusi Günlər
Bayramlar ve Xüsusi Günlər | Şərhlər(0)
Baxış sayı: 33
Açar sözlər:
Bayramlar ve Xüsusi Günlər | Şərhlər(0)
Baxış sayı: 33
Açar sözlər:
![]()
Əfqanıstan İslam Respublikası - Asiyada dövlət. Paytaxtı Kabul şəhəridir. Orta Asiyada yerləşməsinə baxmayaraq etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərqdə və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan ilə həmsərhəddir.
Qərb və şərq arasındakı yolların kəsişmə nöqtəsində yerləşən Əfqanıstan, etnik qrup və mədəniyyətlər mozaikasıdır. Ticarətin mərkəz nöqtələrindən birində olan Əfqanıstan, bu strateji mövqeyi səbəbilə tarix boyunca farslar, yunanlar, ərəblər, türklər, monqollar, ingilislər və ruslar kimi müxtəlif xalqların istilasına uğramışdır.
Bayramlar ve Xüsusi Günlər | Şərhlər(0)
Baxış sayı: 34
Açar sözlər:
Bəhailik hal-hazırda dünyanın 235 ölkəsində 6 milyondan çox ardıcılı olan bir din.
Bəhailik və Azərbaycanda Bəhai dininin tarixi
XIX əsrin 40-50ci illərində İranda yaranmış Bəhai dini dünya dinləri arasında ən son yarananlardandır. Tam müstəqil dini təlim olmasına baxmayaraq, onu bəzən yalnış olaraq «İslam təriqəti» və yaxud «İslam daxilində reformasiya hərəkatı» kimi təqdim edirlər.
Bəhai dini XIX əsrin ikinci yarısında İrandan Azərbaycan, Türkiyə, Orta Asiya, Rusiya, Avropa və Şimali Amerikaya, XX əsrin 30-50-ci illərində isə Cənubi Amerika, Afrika, Avstraliya və Okeaniya adalarına yayılmışdır. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100 keçmiş, Bəhai dini ədəbiyyatı 802 dilə tərcümə edilmişdir.
Bəhailər vahid beynəlxalq təşkilatda – Bəhailərin Beynəlxalq Birliyində birləşmişdir. Bu Beynəlxalq Dini Qurumun Ali Ruhani və İnzibati orqanı, "Allahın Uca Ədalət Evi" və Müqəddəs ziyarətgahları İsrailin Hayfa və Əkka şəhərlərində yerləşmişdir.
Bəhailərin Beynəlxalq Birliyi – planetimizdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları – EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birlik hər il dünyanın müxtəlif yerlərində təhsil, səhiyyə, ekologiya, insan hüquqları sahəsində 1500-ə qədər layihə həyata keçirir. ABŞ, Kanada, Avstraliya və bəzi Avropa, Asiya və Afrika ölkələrində Bəhai İcmaları nüfuzlu dini azlıq sayılırlar.
Bəhai dininin tarixi, Bab, Bəhaullah və Əbdül-Bəha dövrünün dramatik hadisələrlə dolu ilkin çağları barədə bir çox kitablar yazılmışdır. Bu kitablardan bəzilərinin Azərbaycan dilinə tərcüməsi var:
Bayramlar ve Xüsusi Günlər | Şərhlər(0)
Baxış sayı: 63
Açar sözlər: