Reklam verin!

Bu gün MSK-nın president seçkiləri ilə bağlı yekun iclasıdır

İclasda seçkilərin nəticələrinin müəyyən edilməsi məsələsinə baxılacaq və sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) prezident seçkilərinin nəticələri ilə bağlı yekun iclası keçiriləcək. bu gün saat 15.00-də başlayacaq iclasda Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin müəyyən edilməsi məsələsinə baxılacaq. İclasda prezident seçkilərinin yekun protokolu təsdiqlənəcək və sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək.

bu il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ilə bağlı Dairə Seçki Komissiyalarının əksəriyyətindən yekun protokol oktyabrın 17-də Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq ən gec 10 gün müddətinə MSK seçkilərin nəticələrinə yekun vuraraq, Konstitusiya Məhkəməsinə göndərməlidir. Konstitusiya Məhkəməsi isə qanunvericiliyin tələbinə görə, səsvermədən sonra ən gec 14 gün müddətinə seçkilərin nəticələrini elan etməlidir. MSK-nın elan etdiyi ilkin nəticələrə görə, oktyabrın 15-də keçirilmiş seçkilərdə İlham Əliyev seçicilərin 88,73 faizinin səsini alaraq,qalib gəlib.

 

1992 - Xocavənd rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

Xocavənd, Azərbaycanda bir rayon. İnzibati mərkəzi - Xocavənd 2 Oktyabr 1992-ci il Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

Coğrafi mövqeyi:

Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdir. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.

Qəsəbələr / Kəndlər:

Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Haxulu, Salaketin, Günəşli, Xətai. Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ oba sı. Məşhur Tuğ kəndi..

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti, Azərbaycan universitetlərindən biri.

Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılıb.

Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir.

Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil almışlar.

Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.

Hazırda Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.

Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir.

Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.

Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİ-nin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.

Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.

Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir.

Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman - sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.

 


  Yazılar cəmi: 26    Sonrakı səhifə »

 
My BlogCatalog BlogRank Powered by  MyPagerank.Net TopLinkBox (.*)