Reklam verin!

PKK-çılar dörd Türkiyə əsgərini öldürüb

Hazırda terrorçuların yerinin müəyyənləşdirilməsi və onların məhv edilməsi istiqamətində əməliyyat aparılır

PKK terrorçularının Türkiyənin cənub-qərbindəki Bingöl vilayətində jandarma postuna hücumu zamanı Türkiyə ordusunun dörd əsgəri şəhid olub. Məlumatı NTV telekanalı yayıb. Hadisə nəticəsində bir neçə hərbi qulluqçu xəsarət alıb. Atışma zamanı iki terrorçu məhv edilib. Hazırda terrorçuların yerinin müəyyənləşdirilməsi və onların məhv edilməsi istiqamətində əməliyyat aparılır.

Azərbaycan banklarına qoyulan əmanət və depozitlərin həcmi 4 milyard 50 milyon manata çatıb

Son 2 ilin nəticələrinə görə isə, banklara qoyulan depozit və əmanətlərin məbləği ildə orta hesabla 40-50 faiz artır

Bu il avqustun 1-nə olan məlumata görə, banklara qoyulan əmanət və depozitlərin həcmi 4 milyard 50 milyon manat təşkil edib. Milli bankın yaydığı məlumata görə,
bu vəsaitin 1 milyard 766 milyonu əhalinin əmanətləridir. İyul ayında fiziki şəxslərin əmanətləri 6,3 faiz, hüquqi şəxslərin depoziti isə 4,6 faiz artıb. İlin əvvəlindən bəri artım müvafiq olaraq 20,3 və 33,1 faiz çoxalıb. Mərkəzi bankın ən son məlumatına görə, fiziki şəxslərin əmanətlərinin yarıdan çoxu və ya 928 milyonu manatla saxlanılır. Hüquqi şəxslərdə isə proses tamam tərsinədir və xarici valyutada saxlanan depozitlər manatla müqayisədə 2,5 dəfə çoxdur. Banklara qoyulan pullar sahiblərin orta hesabla ildə 11,37 faiz gəlir gətirir. Son 2 ilin nəticələrinə görə, banklara qoyulan depozit və əmanətlərin məbləği ildə orta hesabla 40-50 faiz artır. Bu ilin 7 ayında isə artım 28 faizə yaxın olub. Əmanətlərin sığoratalnması fondundan verilən məlumata görə, əhalinin banklarda saxlanan əmanətlərinin 75 faizi və ya tqəribən 1,2 milyard manatlıq hissəsi qorunur. Başqa sözlə, bankların müflisləşməsi zamanı bu qədər məbləğ batsa, onda həmin pulları hökumət qaytaracaq. İndi ölkədə fəaliyyət göstərən 46 bankın 38-i əmanət cəlb etmək hüququna malikdir.

 

Bu gündən hava sərinləşəcək

Günün ikinci yarısından başlayaraq, cənub küləyi şimal küləyi ilə əvəzlənəcək

Bu gündən başlayaraq, Rusiyadan daxil olan soyuq hava kütləri ilə əlaqədar sentyabrın 3-nə qədər ölkə ərazisində hava sərinləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometereoloriji proqnozlar bürosundan verilən məlumata görə, temperatur 5-7 dərəcə aşağı düşəcək. Dağlıq rayonlarda şimşək çaxacağı və yağış yağacağı gözlənilir. Qərb raonlarında hətta dolu düşəcəyi ehtimalı var. Bu gün günün ikinci yarısından başlayaraq, cənub küləyi şimal küləyi ilə əvəzlənəcək. Əsasən yağan leysan yağışları ilə əlaqədar olaraq, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında sel keçəcəyi istisna ounmur

 


  Yazılar cəmi: 88    Sonrakı səhifə »

 
My BlogCatalog BlogRank Powered by  MyPagerank.Net TopLinkBox (.*)