Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr | Şərhlər(0)
Baxış sayı: 59
Açar sözlər:
Dünyada olan hadisələr | Şərhlər(0)
Baxış sayı: 59
Açar sözlər:
Azərbaycan prezidenti İlham Əliyev mayın 26-da Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri xanım şeyxa Lübnə bint Xalid Əl-Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da genişlənməsi üçün böyük imkanların olduğu bildirilib. Dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə uğurlu səfərinin bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb. Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 64
Açar sözlər:
Dünya bazarında neftin qiymətinin sürətlə artması, hamını qara qızıl bazarında baş verənlərin səbəbləri barədə düşünməyə vadar edib. Qeyd edək ki, bu ilin əvvəlində birjalarda neft 40 faiz bahalaşıb. İndi bu məhsulun bir barreli 132 dollara satılır.
Analitiklər isə neft tədarükünün azalacağından ehtiyatlanır. Ekspertlər bunu qara qızıl ixracatçıları, xüsusilə də OPEK təşkilatına üzv ölkələrin neft hasilatını artırmaması və ya ümumiyyətilə, bu imkana malik olmaması ilə izah edir.
Xatırladaq ki, ötən il quruma üzv ölkələrin gəliri 450 milyard avro təşkil edib. Yəni, quruma üzv ölkələr hər saata görə 52 milyon avro gəlir əldə edib. Eyni zamanda, bu dövr ərzində bütün dünyada xam neftin alınmasına 1.6 trilyon avro yəni, gündə 180 milon avro xərclənib. Yeri gəlmişkən, ABŞ konqresi OPEK təşkilatına üzv ölkələrlə mümkün qiymət razılaşmasını özündə əks etdirən qanun qəbul edib. Buna cavab olaraq Venesula prezidenti Uqo Çaves baş verən hadisələrdə varlıları günahlandırıb.
“Nə üçün onlar bizi neftin qiymətinin qalxmasında günahlandırır? Cünki, yeganə günahkar onlardır. Bütün bunlar onların israfçılığı, onların istehlaka olan aclığı ilə bağlıdır. Bu Opeklik deyil. Onlar Opeki məkrli obrazda təqdim etməklə, bütün dünyanı Opekin əleyhinə qaldırmağa çalışır” – deyə Venesuela prezidenti bildirib.
Bununla yanaşı, analitiklər qeyd edir ki, dünyada yanacağın bu növününü qıtlığı hiss edilmir: Neft emalı zavodları işsiz dayanmır, yanacaqdoldurma məntəqələrində də neft var. Buna görə də, bəzi mütəxəssislər baş verənləri maliyyə spekulyasiyasının nəticələri ilə əlaqələndirir. Qeyd edək ki, ötən ilin sentyabrından ABŞ-da dollarla vergi dərəcələrinin aşağı salınmasından sonra bütün xam məhsulların qiymətində kəskin artım, xüsusilə də neftin qiymətində 60 faizlik bahalaşma müşahidə olundu. Birja əməliyyatçıları pullarını, o cümlədən xammalla qoyduqları əmanətləri inflyasiyadan qorumağa çalışır
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 63
Açar sözlər: