Reklam verin!

Naxçıvan Teatrı milli liderin ad gününü qeyd edəcək

Milli lider Heydər Əliyev olmasaydı naxçıvan teatrı hələ 1990-cı ilin əvvəlində öz fəaliyyətini dayandıracaqdı. Çünki, o zaman hakimiyyətdə olanlar teatrı qazanc gətirməyən müəssisə kimi ləğv etmək istəyirdilər. Bu gün isə 125 illiyini qeyd edən teatrda ulu öndərin 85 illik yubileyinə həsr edilən tamaşa səhənələşdirilir. Naxçıvan Teatrı milli liderin 85 illiyini yeni tamaşa ilə qeyd edəcək. Adil Babayevin "Koroğlunun Çənlibelə qayıdışı" pyesi 1990 cı illərdə Azərbaycanda baş verən siyasi hadisələrdən bəhs edir. Həmin vaxt xalqımızın düşdüyü çətin vəziyyət və onun bir xilaskar kimi gözlədiyi Heydər Əliyev fenomeni bir saatdan artıq davam edən tamaşada öz əksini tapır. Tamaşaya teatrın ən təcrübəli aktyorları dəvət edilib. Hələ ki səhnədə son məşqləri gedir. Qəhrəmanların adları koroğlu dastanından götürülsə də onlar Vəzirov, Mütəllibov, Sumbatyan kimi xalqımızın düşmənlərinin prototipləridir. Koroğlu rolunun ifaçısı əməkdar artist Rza Xudiyev ilk dəfədir ki belə məsuliyyətli rol oynadığını deyir. Naxçıvan Teatrı müstəqillik illərində ikinci həyatını milli liderə borcludur. Teatrı dəfələrələ ziyarət edən Heydər Əlyiev truppaya mənəvi dəstək olub. Hətta o zaman Üzeyir Hacıbəyovun əsərlərindən hazırlanan "Ordan burdan" tamaşasından sonra aktyorlarla görüşərək onlara ruhdan düşməməyi və necə böyük bir sənətə xidmət etdiklərini deyib. "Koroğlunun Çənlibelə qayıdışı" tamaşası mayın 10 da milli liderimiz Heydər Əliyevin doğum günündə geniş tamaşaçı auditoriyasına təqdim ediləcək.

İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb

 

İranın Azərbaycandakı səfiri Naser Həmidi Zare Xarici İşlər Nazirliyinə çağrılıb. Diplomat nazir müavini Araz Əzimovla görüşüb. Nazir müavini diplomata Rusiyadan Buşəhr Atom Elektrik Stansiyası üçün göndərilmiş yükün Azərbaycan-İran sərhəddində saxlanılması ilə bağlı məsələnin mətbuat vasitəsilə həll etməyin gərəksiz olduğunu bildirib. Araz Əzimov həmçinin vurğulayıb ki, sözügedən problem siyasi yox, sırf texniki məsələdir və gömrük qaydaları ilə bağlıdır. Nazir müavininin Azərbaycanın Rusiyadan yük haqqında hərtərəfli və müfəssəl məlumat gözlədiyini də bildirib.

 

Tibb Elmləri Akademiyasında akademik Zərifə Əliyevanın xatirəsi anıldı

Moskvada görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 85 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasim iştirakçılarına Zərifə xanımın elmi fəaliyyəti barədə geniş məlumat verilib. Seçenov Akademiyasının tələbələri isə oftalmoloq – alimə həsr etdikləri məruzələrlə çıxış ediblər.

 


  Yazılar cəmi: 127    Sonrakı səhifə »

 
My BlogCatalog BlogRank Powered by  MyPagerank.Net TopLinkBox (.*)