Badri Patarkatsişvili ilə vida mərasimi keçirilir
Mərhum gürcü iş adamı, Gürcüstan prezidentliyinə keçmiş namizəd Badri Patarkatsişvili ilə vida mərasimi keçirilir. Mərasim Bakı vaxtı ilə saat 11.00-də mərhuma məxsus «Arkadiya» iqamətgahında başlayıb.
«RİA-Novosti» agentliyinin məlumatına görə, iqamətgahın qarşısına minə yaxın adam toplaşıb. Onların əllərində əklil və güllər var. Toplaşanlar mühafizəçilərin yaratdığı dəhlizlə iqamətgaha doğru irəliləyir.
Xatırladaq ki, 52 yaşlı iş adamı fevralın 12-də London yaxınlığındakı efində ürək tutmasından vəfat edib. Həkiimlər ona ürəyin işemik xəstəliyi diaqnozu qoyub.
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 74
Açar sözlər:



