Çempionlar Liqasında revanş matçları keçirilib
Çempionlar Liqası 3-cü təsnifat mərhələsi revanş matçları bu axşam keçirilən matçlarla tamamlandı. İlk matçlarında rəqibləriylə 2 - 2 heç-heçə oynayan Türkiyənin “Qalatasaray” komandası səfərdə Rumıniya təmsilçisi “Styaua Buxarest”ə 1 - 0 məğlub olaraq mərhələ adlaya bilmədi. “Fənərbaxça” isə İstanbulda Serbiyanın “Partizan” komandasını 2 - 1 məğlub edərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Çempionlar Liqasında gecənin sürprizini ilk matçda Yunanıstanın “Olimpiakos” komandasını 3-0 məğlub edən “Anortosis Famaqusta” (Cənubi Kipr), revanş matçında 1 - 0 məğlub olmasına baxmayaraq qrup mərhələsinə vəsiqə qazanıb.
Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi sabah axşam Fransanın Monako şəhərində keçiriləcək.
Çempionlar Liqası 3-cü təsnifat mərhələsi revanş matçları və ilk matçların nəticələri ilə mərhələ adlayan komandalar belədir:
Dünən:
Panatinaikos (Yunanıstan) - Sparta Praqa (Çexiya): 1 - 0 (İlk matç 2 - 1, mərhələ adlayan Panathinaikos)
Artmedia Pertjalka (Slovakiya) - Yuventus (İtaliya): 1 - 1 (İlk matç 0 - 4, mərhələ adlayan Yuventus)
Visla Krakov (Polşa) - Barselona (İspaniya): 1 - 0 (İlk matç 0 - 4, mərhələ adlayan Barselona)
Bugün:
Bate Borisov (Belarus) - Levski Sofiya (Bolgarıstan): 1 - 1 (İlk matç 1 - 0, mərhələ adlayan Bate Borisov)
Kaunas (Litva) - Aalborq (Danimarka): 0 - 2 (İlk matç 0 - 2, mərhələ adlayan Aalborq)
Slavia Praqa (Çexiya) - Fiorentina (İtaliya): 0 - 0 (İlk matç 0 - 2, mərhələ adlayan Fiorentina)
Dinamo Kiyev (Ukrayna) - Spartak Moskva (Rusiya): 4 - 1 (İlk matç 4 - 1, mərhələ adlayan Dinamo Kiyev)
Dinamo Zaqrep (Xorvatiya) – Şaxtyor Donetsk (Ukrayna): 1 - 3 (İlk matç 0 - 2, mərhələ adlayan Şaxtyor Donetsk)
Olimpiakos (Yunanıstan) - Anortosis (Cənubi Kipr): 1 - 0 (İlk matç 0 - 3, mərhələ adlayan Anortosis Famaqusta)
Styaua Buxarest(Rumıniya) – Qalatasaray (Türkiyə): 1 - 0 (İlk matç 2 - 2, mərhələ adlayan Styaua Buxarest)
Olimpik Marsel (Fransa) - Brann (Norveç): 2 - 1 (İlk matç 1 - 0, mərhələ adlayan Olimpik Marsel)
Atletiko Madrid (İspaniya) – Şalke 04 (Almaniya): 4 - 0 (İlk matç 0 - 1, mərhələ adlayan Atletiko Madrid)
Arsenal (İngiltərə) - Tvente (Hollandiya): 4 - 0 (İlk matç 2 - 0, mərhələ adlayan Arsenal)
Fənərbaxça (Türkiyə) - Partizan (Sırbistan): 2 - 1 (İlk matç 2 - 2, mərhələ adlayan Fənərbaxça)
Bazel (İsveçrə) - Guimaraeş (Portuqaliya): 2 - 1 (İlk matç 0 - 0, mərhələ adlayan Bazel)
Liverpul (İngiltərə) - Standard Lieje (Belçika): 1 - 0 (Matçın əsas vaxtı 0 - 0 başa çatdı, Liverpul əlavə vaxtda 1-0 qalib gələrək mərhələ adladı)
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 28
Açar sözlər:

