«Böyük yeddilik» ölkələri Gürcüstanla bağlı birgə bəyanat veriblər

Beynəlxalq Birlik Rusiyanın Gürcüstan ərazisindəki qondarma qurumları tanıması ilə bağlı rəsmi Tiflisə dəstək verməkdə davam edir. «Böyük yeddilik» ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşündə nazirlər birgə bəyanatla çıxış ediblər.
«Biz Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Amerika və Böyük Britaniyanın xarici işlər nazirləri Rusiyanın Gürcüstan ərazisinə hərbi müdaxiləsindən narahatıq və Rusiyadan öz hərbi qüvvələrini tezliklə Gürcüstandan çıxarmağı tələb edirik. Rəsmi Moskva bu siyasətdə dönüş yaratmalıdır»,- deyə bəyanatda vurğulanır.
Siyasət | Şərhlər(0)
Baxış sayı: 26
Açar sözlər:

