Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər gələn həftə Azərbaycana səfər edəcək
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər, həftəsonu gedəcəyi İran səfərini sentyabradək təxirə salıb. Hilmi Gülər, gələn həftə Azərbaycan və Türkmənistana səfər edəcək. Bu barədə "Haber3.com" xəbər yayıb. Verilən məlumata görə, Hilmi Gülər ölkəmizə edəcəyi səfərdə ikinci Şahdəniz layihəsi ilə bağlı müzakirələr aparacaq. Belə ki, saytın yazdığına görə, Türkiyənin daxili təlabatı ödəmək üçün Azərbaycandan alınan qazın həcminin artırılması gündəmdədir. Qazın həcmi artırılarsa, qazın bir qisminin NABUKKO kəmərinə yönləndirilərək Avropaya ixracı da müzakirə ediləcək.
Türkmənistanda keçiriləcək görüşlərdə isə təbii qaz layihələri müzakirə ediləcək. Hilmi Gülər səfər əsnasında Transxəzər qaz kəməri, həmçinin türkmən qazının İran üzərindən nəqli barədə də müzakirələr aparacaq. Bu görüşlərdə qazaxıstanlı rəsmilərin də iştirak edəcəyi gözlənilir.
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 24
Açar sözlər:


