Reklam verin!

Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı başlayıb

Rusiya, Tacikistan, Qrığızıstan, Qazaxıstan, Çin və Özbəkistan prezidentlərinin görüşü keçirilir

Bu gün Tacikistanın paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının iclası öz işinə başlayıb. İTAR-TASS agentliyinin məlumatına görə, toplantıda Rusiya prezidenti Dmitri Medvedevlə yanaşı Tacikistan, Qrığızıstan, Qazaxıstan, Çin və Özbəkistan prezidentləri də iştirak edirlər. Artıq prezidentlərin iştirakı ilə görüş başlayıb. Daha sonra onlara müşahidəçi ölkələrin nümayəndələri və sammitin fəxri qonalqları da qoşulacaqlar. Sammitin nəticələrinə dair sənəd, o cümlədən Düşənbə bəyannaməsi qəbul ediləcək
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində tanınmamış Cənubi Osetiyadakı vəziyyətin müzakirəyə çıxarılacağı gözlənilir. Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, sammitdə hər hansı bir qərarın qəbul edilməsi Çin tərəfinin mövqeyindən asılı olacaq.
Belə ki, separatçılıq meyllərindən əziyyət çəkən rəsmi Pekinin Rusiyanın qondarma Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması qərarını necə qarşılayacağı məlum deyil. Qeyd edək ki, Şanxay beşliyinə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan daxildir.

 



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha