Reklam verin!
Yuma Ailə Jurnalı

ABŞ-ın Demokrat partiyası rəsmi olaraq Barak Obamanın Amerika prezidentliyinə namizədliyini irəli sürüb

Namizəd Amerikanın keçmiş prezidenti, xanımının ilkin səsvermə zamanı Barak Obama ilə mübarizə apardığı Bill Klinton da dəstəkləyib.

ABŞ-ın Demokrat partiyasının Denverdə keçirilən qurultayında Barak Obamanın prezidentliyə namizədliyi təsdiqlənib. Belə ki, ştatlar üzrə verilən səslərin hesablanması zamanı səhnəyə çıxan Nyu-York ştatının senatoru Hillari Klinton nümayəndələrdən yekdilliklə Barak Obamanın namizədliyini müdafiə etməyi xahiş edib. Bununla da Amerika tarixində ilk dəfə olaraq prezident postu uğrunda qaradərili namizədin mübarizə aparması reallaşıb. Qurultayda çıxış edən ABŞ-ın sabiq prezidenti Bill Klinton, axtardığı namizədin məhz Barak Obama olduğunu bəyan edib: “Demokratların prezidentliyə namizədi Barak Obama ABŞ-a rəhbərlik etməyə tam hazırdır. Bu, məhz bizim axtardığımız namizəddir”.
Sabiq dövlət başçısı Barak Obamanın namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib: “Barak Obamanı ilk olaraq mən dəstəkləyirəm. Hillari kimi mən də istəyirəm ki, Obamanın namizədliyini dəstəkləyənlərin hamısı noyabrda ona dəstək versin. 1992-ci ildə keçirilən seçkiqabağı kampaniyada respublikaçılar məni də ciddi-cəhdlə gənc və təcrübəsiz siyasətçi kimi qələmə verməyə çalışırdılar. Nəticələr isə məlumdur”. Bill Klinton belə deyib.
Keçmiş prezident öz xanımı Hillari Klintonun praymerizdə uduzmasına da münasibət bildirib: “Demokratların prezidentliyə namizədi olmaq üçün iki görkəmli amerikalı mübarizə aparırdı. Bu mübarizə o qədər gərgin idi ki, hətta qlobal istiləşməni belə sürətləndirib”.
 Qeyd edək ki, ABŞ-da seçki noyabrın 4-də keçiriləcək.

 



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha