Xaçmaz polisi pornoqrafik kassetlərin satışı ilə məşğul olan gənci yaxalayıb
25 yaşlı Elman Məmmədəliyev qadağan olunmuş porno kassetləri əhali arasında təbliğ etməkdə və satmaqda ittiham edilir
Xaçmaz polisi rayon ərazisində pornoqrafik kassetlərin satışı ilə məşğul olan şəxsi yaxalayıb. məlumata görə, bu, 1983-cu il təvəllüdlü Elman Məmmədəliyevdir.
E.Məmmədəliyev qadağan olunmuş porno kassetləri əhali arasında təbliğ etməkdə və satmaqda ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə cinayət işi başlanılıb. Gəncin porno kassetləri haradan əldə etməsi araşdırılır.
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 37
Açar sözlər:

