Reklam verin!
Yuma Ailə Jurnalı

Azərbaycan A milli komandası bu gün İrana gedir

Milli komandamız İran millisi ilə yoldaşlıq matçı keçirmək üçün bu gün səfərə yollanır. Avqustun 27-də Tehranın “Azadi” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.  Qeyd edək ki, bu qarşılaşma millimizin almaniyalı baş məşqçi Berti Foqtsun baçılığı altında 4-cü oyunudur. Bundan öncə millilərimiz alman məşqçinin başçılığı altında səfərdə Bosniya Hersoqovina millisinə 1-0 məğlub olsa da, daha sonra Andorra millisini 1-2 hesabı ilə məğlub etmiş, İslandiya millisi ilə heç-heçə oynamışdı 1-1 (hər üç qarşılaşma səfərdə keçirilib və yoldaşlıq oyunları çərçivəsində baş tutub).

Səfərə yollanacaq Azərbaycan millisinin heyəti:

Qapıçılar: Fərhad Vəliyev, Rauf Mehdiyev, Kamran Ağayev
Müdafiəçilər: Mahir Şükürov, Rail Məlikov, Samir Abbasov, Rəşad Sadıqov, Emin Quliyev, Vladimir Levin, Usim Nduka
Yarımmüdafiəçilər: Elmar Baxşıyev, Cavid Hüseynov, Mahmud Qurbanov, Zeynal Zeynalov, Fabio Luis Ramim, Nodar Məmmədov, Elvin Məmmədov
Hücumçular: Xaqani Məmmədov, Vaqif Cavadov, Leandro Qomeş

 



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha