Reklam verin!
Yuma Ailə Jurnalı

Amerikalı senator Riçard Luqar artıq Bakıdadır

Bu gün senatorun bir sıra mühüm görüşlər keçirəcəyi, həmçinin jurnalistlər üçün mətbuat konfransı keçirəcəyi nəzərdə tutulub

ABŞ senatının xarici məsələlər üzrə komitəsinin sədrinin müavini, respublikaçı  senator Riçard Luqar  artıq Bakıdadır. Bu gün senatorun bir sıra mühüm görüşlər keçirəcəyi nəzərdə tutulub. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, senator KİV nümayəndələri üçün mətbuat konfransı da keçirəcək.
Qeyd edək ki, senator Rusiya Gürcüstan münaqişəsindən sonra Transatlantik alyansın enerji təhlükəsizliyini, həmçinin NABUKKO  qaz kəməri də daxil olmaqla yeni boru kəmərlərinin çəkilməsini müzakirə etmək üçün 9 ölkəyə səfər planlaşdırıb. O, iki həftə ərzində  Fransa, Gürcüstan, Azərbaycan, Türkiyə, Rumıniya, Macarıstan, Ukrayna, Almaniya həmçinin Belçikaya səfər edəcək. 

 



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha